MN tank və helikopterimizin vurulmasını təkzib etdi

Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi təkzib yayıb. 

Bildirilib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.