Mobil telefonun 41 yaşı tamam oldu

Tel

Amerikalı mühəndis Martin Koperin ilk dəfə mobil telefonla danışmasının üstündən 41 il ötdü.

“Motorola” şirkətinin əməkdaşı olan Koper 3 aprel 1973-cü il tarixdə Nyu Yorkun 6-cı küçəsində “Motorola DynaTAC” model mobil cihazla ilk dəfə alo deyib.

Çəkisi 1 kq, uzunluğu 22 cm olan cihaz 20 dəqiqə danışma müddəti olub və elektriklə 10 saatda qidalanıb.

Ötən il “The Verge” jurnalına müsahibə verən Koper ilk dəfə mobil telefonla rəqibi Coel Enqelə zəng vurduğunu bildirib.

Qeyd edək ki, hazırda dünyada 6 milyarddan çox mobil telefon istifadəçisi olduğu bildirilir.