Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

Hörmətli cənab Prezident!

Sizi və dost Moldova xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaqdır.

Hörmətli cənab Prezident, sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Moldova xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti