Monqolustan prezidenti Bakıdadır

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

 

XALQ.AZ  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı hava limanında Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.