Monteneqronun Azərbaycanda fəxri konsulluğu açılmışdır

 

01

Monteneqronun Azərbaycanda fəxri konsulluğu açılmışdır. Bu ölkənin Azərbaycandakı səfiri Ramo Braliç konsulluğun açılışının hər iki ölkə üçün əlamətdar hadisə olduğunu bildirmişdir. Səfir qeyd etmişdir ki, fəxri konsulluğun fəaliyyətə başlaması Azərbaycan ilə Monteneqro arasında müxtəlif istiqamətlərdə, xüsusilə də siyasi, iqtisadi, kənd təsərrüfatı və mədəni sahələrdə əlaqələrin inkişafını sürətləndirəcəkdir.
Vurğulanmışdır ki, qurumun fəaliyyətə başlaması ölkələr arasında bir sıra yeni layihələrin reallaşması baxımından da vacibdir. İki ölkə arasında qısa müddət ərzində yüksək əməkdaşlıq əlaqələrinin qurulduğu da diqqətə çatdırılmışdır.