Moskva ayaqda-Mitinq-FOTOLAR

 

XALQ.AZ Rusiya KİV-nə istinadən  xəbər verir ki, minlərlə insan küçələrə çıxaraq Rusiyanın Rusiya baş naziri Dmitri Medvedevin istefasını tələb ediblər. Aksiya iştirakçıları Rusiya hakimiyyətinə, birbaşa olaraq Medvedevin ünvanına tənqid və təhqirlər səsləndiriblər. Polis aksiyaya müdaxilə edib.

Mitinqin təşkilatçısı Rusiyanın müxalifət lideri Aleksey Navalnı polis tərəfindən həbs edilib. Verilən məlumata görə, Rusiyada 2011-2012-ci ildə keçirilən Parlament seçkilərindən sonra baş verən etiraz aksiyalarından sonra hələ belə mitinqin keçirilmədiyi bildirilir. Keçirilən aksiyalarda insanların sayının 10 mindən çox olduğu bildirilib.

Keçirilən mitinq zamanı Rusiya Daxili İşlər Nazirliyinin polisləri xalqa qarşı zor tətbiq ediblər. Əvvəlki aksiyalardan fərqli olaraq bu dəfəki mitinqdə rus polisi daha qəddar və kobud rəftarı ilə yadda qalıb.

Mitinqdən çəkilən görüntülərin Rusiya Kütləvi İnformasiya Vasitələrilə yayılması qadağan edilib. Görüntülər sosial şəbəkələr vasitəsilə yayılıb. Rus polisinin qəddarlıq nümayiş etdirdiyi mitinqdən çəkilən görüntülər dünyada izləmə rekordu qırıb.

Videodan görünür ki, polislər yerə yıxılan insanları acımadan döyür və təhqir edir. Qadınların üstünə tökülən rus polisi onları döyür və yerlə sürüyürlər. Rus polisinin qadınlara və yaşlı insanlara daha çox qəddarlıq nümayiş etdirdiyi diqqəti cəlb edib.