Moskvada atışma ölənlər var

 

16

Moskva ətrafında baş vermiş atışmada 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Moskva ətrafındakı Sergiyev Posad rayonunda baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS”a Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsindən bildiriblər.

 

Moskva ətrafı polisinin məlumatına görə, atışma oktyabrın 15-də yerli vaxtla saat 19.10-da Xotkovo şəhərinin Kalinin küçəsində baş verib. Polis əməkdaşları qeyd olunan ünvana cəlb olunanadək, 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə aldığı yaralardan bir müddət sonra xəstəxanada keçinib, daha bir nəfər isə güllə yarası alıb.

 

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.


Comments are closed.