Moskvada Azərbaycanlı qətlə yetirildi

05

 

27 yaşlı Ruslan Qaraxanlının əvvəlcə küt alətlə döyüldüyü, daha sonra isə kəsici-deşici alətlə qətlə yetirildiyi bildirilir Rusiya paytaxtında Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə APA-nın Moskva müxbirinə Moskva Baş Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarında paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında yerləşən dayanacaqda üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Ruslan Arif oğlu Qaraxanlıdır. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi bildirilib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.