Moskvada kütləvi dava, 3 nəfər bıçaqland

66

 

Moskvada kafelərdən birində qafqazlılarla yerli sakinlər arasında növbəti dava olub. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, kütləvi davada 3 nəfər bıçaqlanıb.
Yerli polis idarəsindən verilən məlumata görə, hadisə səhər saat 05:00 radələrində Volkov küçəsində baş verib. Qafqazlılar kafeyə gələn iki şəxsi və bir kafe əməkdaşını bıçaqlayıb, sonra isə gizləniblər.
Leninqrad küçəsində yol polisi bıçaqlamada şübhəli bilinən şəxsləri saxlayıb.