Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il aksiyası keçirilib – FOTO

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün “AMORKIDS” Yeni il aksiyası keçirilib.

XALQ.AZ-ın xəbərinə görə, paytaxtın Qorki parkında keçirilən aksiya “AMOR” könüllüləri tərəfindən təşkil olunub.

Şaxta Baba uşaqlara Yeni il hədiyyələri paylayıb. Uşaqlar “AMOR” könüllüləri tərəfindən keçirilən müsabiqələrdə, oyunlarda iştirak ediblər.

Qeyd edək ki, “AMORKIDS” Yeni il aksiyası hər il keçirilir.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/