Moskvada MDB Müdafiə nazirlərinin iclası başlayıb

4366c7d3 a6cc 3de9 b83c 84c18d11f565 850

Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.

XALQ.AZ-ın məlumatına görə, toplantıda 13 ölkənin Müdafiə nazirləri iştirak edir.

İclasda Azərbaycanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edir.

Müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin təmin olunması, müharibələrin və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi, müasir şəraitdə hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə edirlər. 

Qeyd edək ki, səfər çərçivəsində Zakir Həsənov sentyabrın 5-də “Tank biatlonu” Ordu İdman oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.

c00293ac c91e 3dab af62 bf49c4dbb8e4
c85a8be3 dc6b 370d 925e 4d78bcde471f

XALQ.AZ