Motosikletin sürücüsu KAMAZ-ın altında qaldı

 

23

Lənkəran rayonunda KamAZ markalı yük avtomobili ilə motosiklet toqquşub. Xalq.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə nəqliyyat vasitələri deformasiyaya uğramış, motosikletin sürücüsü – 1968-ci il təvəllüdlü Miriyev Seyran Aslan oğlu hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.