Mövlud Çavuşoğlu təcili İraqa gedir

Türkiyənin Xarici İşlər nazir Mövlud Çavuşoğlu İraqa səfər edəcək.

XALQ.AZ-ın məlumatına görə, nazir yanvarın 9-da Bağdada gedəcək.

Qeyd olunur ki, səfər ABŞ-la İran arasında gərginliyin azaldılması üçün təşəbbüslər çərçivəsində baş tutacaq.

Səfər zamanı bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

XALQ.AZ