MSK ən aktiv və ən passiv dairələri açıqladı

Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.

Saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu seçki dairəsində 38 min 621 seçicidən 15 min 792 nəfəri (40.89 %) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu dairədə 33 min 354 seçicidən 7 min 778 nəfəri (23.32 %) səs verib.

Bundan əlavə, saat 17:00-a olan məlumata əsasən, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 1 520 133 nəfəri (30.57 %) səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Orxan