MSK 3 dairə ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının iclasında 99 saylı Şəmkir seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

XALQ.AZ xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.
Bundan başqa, 27 saylı Sabunçu ikinci seçki dairəsi və 121 saylı Laçın seçki dairəsindən quruma daxil olan müraciətlərə də baxılıb.
Hər iki müraciət araşdırılması üçün DSK-ya göndərilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

İclası MSK sədri Məzahir Pənahov açıq elan edib. O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.