MSK-nın avtomobilini qaçıran şəxs tutuldu

Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat XidmətindənXALQ.AZ-a verilən məlumata görə. aprelin 2-i saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Qeyd: Avtomobil Mərkəzi Seçki Komissiyasına məxsus olub.