MSK sədri namizədlərin sayını açıqladı

Qeydə alınmış namizədlərin sayı 1542 nəfərdir.

XALQ.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib:

“Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1542 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

MSK sədri bildirib ki, namizədliyi qeydə alındıqdan sonra namizədliyini geri götürənlərin sayı 94 olub.