MSK seçici fəallığını açıqladı

Azərbaycanda keçirilən parlament seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığının bu saatadək 12.57 faiz olduğunu bildirib.

O, səsvermə hüququna malik 5 milyon 329 min 461 seçicidən saat 10:00-dək 670 086 nəfərin səs verdiyini deyib.