Müəllimlərinin qurultayı keçiriləcək

87

 

Dekabrın 14-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilməsi nəzərdə tutulub.

Xalq.az  Nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı təkliflərin qəbulu məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq elektron poçt ünvanı istifadəyə verilib.

Təhsil ictimaiyyətinin nümayəndələri, mütəxəssislər və digər əlaqədar şəxslər qurultayda müzakirəsi məqsədəuyğun hesab edilən məsələlərlə bağlı müvafiq təkliflərini qurultay@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.