“Müəllimlər bunu etməməlidir…”

“Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi deyil, şagirdlərin motivasiyasının və marağının artırılması istiqamətində istifadə etməlidirlər”.

 

 XALQ.AZ xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, gənc müəllimlər fəaliyyətlərinin ilk günündən müəllim-şagird münasibətlərinə xüsusi diqqət etməli, şagirdlərlə əməkdaşlıq qurmalı, onların şəxsiyyətinə hörmət etməlidirlər: “Gənc müəllimlər şagirdlərin bilik və maraqlarını təhsilə bağlamaq üçün müasir tədris üsullarından və innovasiyalardan istifadə etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdiyi məktəbdə digər müəllimlərin təcrübəsindən faydalanmalıdırlar. Sadalanan xüsusiyyətlər və gənc müəllimlərin yeniliyə açıqlığı olacağı təqdirdə Azərbaycan məktəblərində gözəl mühitin yaranmasının şahidi olacağıq”.

C.Bayramov əlavə edib ki, bu günədək 140 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçirilib.

Ötən 5 il ərzində məktəblərdə aparılan təmir-tikinti işləri nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, 100 mindən çox müəllimin gündəlik fəaliyyət məkanı tamamilə yeni standartlara uyğun qurulub.

 

Orxan


Comments are closed.