“Müəllimlərin maaşında heç bir problem olmayacaq” – Nazir

Azərbaycan qanunvericiliyə əsasən, bu kimi hallarda işçinin günahı olmadan hər hansı fasilə yaranırsa, əmək haqqının verilməsi qaydası nəzərdə tutulub”

XALQ.AZ xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-də çıxışı zamanı deyib.

Nazir çıxışında dərslərin dayandırılmasına görə, müəllimlərin, məktəbdə çalışan işçilərin maaşlarla bağlı maraqlandıran suala da aydınlıq gətirib:

“İşçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir. Buna görə də maaşların hesablanması və ödənilməsi ilə bağlı hesab edirəm ki, heç bir problem olmayacaq”.