Müəllimlərin yerləşdirilməsi başlanılır

XALQ.AZ xəbər verir ki, Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır. Təhsil Nazirliyindən  verilən xəbərə görə, müsabiqənin nəticələrinə əsasən namizədlər boş qalan üç mindən çox vakant yeri avqustun 25-də və 26-da seçə biləcəklər. Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiqləməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə bilərlər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi avqustun 26-sı saat 23.59-dək davam edəcək.

Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə avqustun 30-dan 31-dək müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

 

 

Orxan