Müəllimlərlə direktor arasında maaş davası

38

 

Salyan rayonu, Qarabala Mayılov adına Kürsəngi kənd orta məktəbinin direktoru İslam Hüseynov müəllimlərin maaş kartını əllərindən alaraq özündə saxlayır. 

XALQ.AZ xəbər verir ki, bu barədə  sözügedən məktəbin bir qrup müəllimindən şikayət daxil olub.

Məlumata görə, sözügedən məktəbin bir qrup müəllimi sadalanan faktlarla əlaqədar təhsil naziri Mikayıl Cabbarova direktordan şikayət etməyə hazırlaşır.

Müəllimlər deyir ki, direktor İ.Hüseynov onların maaş kartlarını özündə saxlayır və hər ay kartdan özü üçün pul çıxarır:

“Biz maaşımızı kartdan özümüz çıxara bilmirik. Maaş kartımızı direktor özündə saxlayır və pulu da bizə o, çıxarıb verir”.  Publika.az