Müasir İncəsənət Sərgisi keçirilib

17-19 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Müasir İncəsənət Sərgisi” ictimayətə təqdim olundu. Layihə gənclər və ictimayyət tərəfindən çox böyük maraqla qarşılanmışdır. Layihənin məqsədi gənclərdə incəsənətə maraq oyatmaq, modern üsluba xas formada yaradılmış sənət əsərlərini təbliğ etmək və gənclərin asudə vaxtının zövqlü təşkilinə xidmət etməkdir. Müasir İncəsənət Sərgisi 3 gün ərzində Xətai Sənət Qaleriyasında sərgilənəcəkdir.
Sərgidə müxtəlif gənc rəssamların, heykəltaraşların işləri ilə yanaşı peşəkar sənətkarların əsərləri sərgilənir. Sərgidə iştirak etmək istəyənlər 17-19 oktyabr 2017-ci il tarixlərində arasında Xətai Sənət Qaleriyasını ziyarət edə bilərlər.
Qeyd edək ki, sərgidə tanınmış simalarla yanaşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini cənab Ədalət Vəliyev iştirak etmiş, layihənin icrasının kifayət qədər maraqlı və aktual olduğun qeyd etmiş, gənclərə uğurlar arzudır.