Müasir Psixologiya Mərkəzindən örnək addım– “Gələcəyə birgə addımlayaq”

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Müasir Psixologiya Mərkəzi, Park Bulvar və Voice Agency Shokki – Mokki brendinin dəstəyi ilə Park Bulvarda Milli Uşaq Festivalı baş tutub. Layihənin 1 iyuna həsr olunmuş tədbirinin məqsədi Xüsusi Qayğıya Ehtiyacı Olan uşaqlara motivasiya vermək, cəmiyyətə adaptasiyasına dəstək olmaqdır.

Onların sosial çevrəsinin genişlənməsi üçün təşkil olunan tədbir çox maraqlı və əyləncəli keçib. Belə ki, tədbirdə uşaqlar üçün əyləncəli interaktiv oyunlar, psixoloji qrup terapiyaları, art terapiya təşkil olunub. Uşaqların əyləndirilməsi üçün animatorlar çıxış edib, musiqili qonaqlar çıxış edərək uşaqları sevindiriblər.

Sonda “Gələcəyə birgə addımlayaq” şüarı ilə Xüsusu qayğıya ehtiyacı olan uşaqlar geyim nümayiş etdiribilər.