Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cari ilin 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak etmək məqsədilə iyulun 15-dən 21-dək Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olacaq.

Komitədən  verilən məlumata görə, sözügedən tədbirdə DQİDK sədri Mübariz Qurbanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı, eləcə də konfrans çərçivəsində “Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan dəyirmi masanın təşkili planlaşdırılır.

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.

Qeyd edək ki, sayca ikincisi keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.

 

Orxan

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/