Müdafiə Nazirliyində yeni təyinat – Foto

c2299cc5 0e6f 33f8 bbae fe6baa42522a 850

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Müdafiə Nazirliyindən XALQ.AZ-a verilən məlumata görə, Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis olunub və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyində Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Müdafiə Nazirliyində yeni təyinat

XALQ.AZ