Müdafiə nazirinin müavini istefa verdi

 03

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ordu sıralarından tərxis olunmaq üçün raport yazıb.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Nazir müavininin raportu ötən həftə yazdığı bildirilir.

Raportla bağlı müvafiq qərarın yaxın vaxtlarda qəbulu gözlənilir.