Müdafi nazirinin yeni fotosu yayıldı –EKSKLÜZİV

99

 

Xəbər verdiyimiz kimi Ölkə Başçsı Səfər Əbiyevi istefaya göndərərək yeni müdafiə naziri təyin etmişdir. Yeni təyin olunan müdafiə nazirinə general polkovnik hərbi rütbəsi verilməsi haqqındada sərəncam imzalamışdır. Bu gün müdafiə naziri Zakir Həsənovun müdafiə nazirliyinin rəsmi saytında  general polkovnik rütbəsində yeni fotosu və tərcümeyihalı əlavə olunub. Xalq.az yeni müdafiə naziri general polkovnik Zakir Həsənov haqqında məlumatı təqdim edir:Azərbaycan Respublikasının Müdafiə Naziri general polkovnik Həsənov Zakir6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur.1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir.1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır.Tağım komandiri vəzifəsindən başlayaraq 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında qərərgah rəisinin müavini, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə irəli çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilmişdir.Horadiz əməliyyatları da daxil olmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərinə görə” medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir.Ailəlidir. Üç övladı var.

44