Müğənni Damlanın səsi batdı – Video

Baş rolda çəkildiyi “Taxta Ayı” filminin təqdimatına hazırlaşan müğənni Damla ekran işinin çəkiliş prosesində səsinin batdığını deyib.

XALQ.AZ  xəbər verir ki, bu barədə müğənni özü məlumat verib:

“Bu işə həm maddi, həm də mənəvi gücümlə can qoymuşam. Düz 1 aya yaxın qışqırma səhnələrində səsimi itirmişəm. Bir aydan çox xəstə halımla ayaqüstə qızdırmalı, öskürəkli halda gəzmişəm. günlərlə yorğun, yuxusuz, yarı ac, yarı tox bölgələrdə çəkilişlərdə olmuşuq. Hələ qızmar isti yay günlərində etdiyimiz çəkilişləri demirəm. Bir sözlə, bu yay nə doyunca dincələ bildik, nə də istədiyim kimi gəzə bildik. Sırf peşəkar heyətin tapşırığı ilə ağır iş rejimində çalışdım. Həm yeni mahnı, həm klip, həm toy məclisləri, həm də film…

Hər halda öhdəsindən gəlməyi bacardım. O qədər çətinliklərdən sonra indi də həmin əziyyətli yola sizin də baxmağınızı istəyirəm. İnanın ki, zövq ala biləcəyiniz film hazırlamışıq”.

Qeyd edək ki, filmin qala gecəsi noyabrın 15-də keçirləcək.

 

Orxan