Müğənni Mayamidə ev aldı

 

4

Türkiyəli müğənni Sərdar Ortaç Mayamidə ev alıb. SİA-nın verdiyi xəbərə görə, Xloye Louqnanla birgə həmin mənzildə yaşayacaq: “Mayamidən ev almışıq. Amma hər zaman orada yaşamayacağıq. Altı ay burda, altı ay isə Mayamidəki mənzilimizdə qalacağıq”.

Qeyd edək ki, sənətçi yaxın vaxtlarda evlənib, ata olmağı düşünür.