“Müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum” – VİDEO

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişinin bağlanması ilə bağlı açıqlama verib.

Axşam.az-a danışan Tolik verilişin bağlanma səbəbini qısa şərh edib:

“Elza xanım Mətanət xanımın oxuduğu mahnıdan stat gətirdi. Dedi ki, Mətanət at ola-ola özünü ulaqların yerinə qoyur. Bu da Mətanət xanımın xoşuna gəlmədi və qeyri-etik söz istifadə etdi. Veriliş bitən kimi iclas oldu. Murad müəllim gəldi və qərar verildi”.

Prodüser proqramının bağlanmasında birbaşa müğənnilərin günahkar olduğunu bildirib:

“Sizin hər birinizi yaxşı tanıyıram. Bu dəfə sizin tərbiyəszliyinizin qurbanı oldum”.

Tarix Əliyev eyni zamanda “Xəzər” TV-də işdən çıxarılmadığını və yeni verilişlə tamaşaçı qarşısına çıxacağını da qeyd edib.

XALQ.AZ