DAHA BİR GÖZƏL GECƏ…

Картинки по запросу musiqi alətləri

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam gecəsi” adlı ədəbi-bədii musiqili gecə təşkil olunub. XALQ.AZ-ın məlumatına görə, tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı musiqili gecə “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

 Gecədə bədii rəhbəri tanınmış dirijor Adil Bağırov olan AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə respublikanın tanınmış gənc ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları ilə yanaşı, muğam və təsniflərimiz də səsləndirilib.
Həmçinin, konsertdə televiziya muğam müsabiqəsinin qalibləri də çıxış ediblər.
Təqdim olunan konsert proqramı maraqla qarşılanıb.