“Muğan Bank” bağlanır?

Muğan Bank” bu ilin I yarısı üzrə hesabatını açıqlayıb.

 

XALQ.AZ hesabata istinadən xəbər verir ki, Bank I yarım ili 2,775 milyon manat zərərlə başa vurub. Halbuki, bank ötən ilin eyni dövrünü 239 min manat mənfəətlə başa vurmuşdu.

6 ay ərzində “Muğan Bank”ın faiz gəlirləri 17,981 milyon manat, faiz xərcləri 12,245 milyon manat, qeyri-faiz gəlirləri 7,471 milyon manat, qeyri-faiz xərcləri 12,807 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 3,174 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə “Muğan Bank”ın aktivləri 486,363 milyon manat olub ki, bu da illik müqayisədə 19,4% çoxdur. Bunun 370,363 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 12,9% böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 22,15% artaraq 420,121 milyon manata çatıb. Bunun 230,846 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 37,8% böyüyüb.

İl ərzində “Muğan Bank”ın balans kapitalı isə 4,3% artaraq 66,242 milyon manat təşkil edib.

 

İqtisadiyyat şöbəsi