Mülki əhalinin hədəfə alınması, sözün əsl mənasında, müharibə cinayətləridir.

Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Amma Ermənistan ordusu humanitar atəşkəsə qəti şəkildə riayət etmir, cəbhə bölgəsində hərbi əməliyyatları davam etdirməyə çalışır, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, mülki əhalini intensiv raket atəşinə tutmaqda davam edir. Ermənistanın Gəncəni raket atəşinə tutması onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin çağırışlarını heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır. Ermənistan artıq qlobal bir problemə çevrilib”.
Milli Məclisin deputat Tamam Cəfərova XALQ.AZ-a açıqlamasında bildirb ki, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhərinin Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması Ermənistan dövlətinin faşist və təcavüzkar xislətini bir daha sübut edir. Mülki əhalinin atəşə tutulması Ermənistanın beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymamasının bariz nümunəsidir.
Deputat qeyd etmişdir ki, Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 9 mülki şəxs ölüb və 33-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırımı aktıdır. Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və hərbi cinayətdir. Bu, müharibə cinayətidir və mülki insanlara qarşı soyqırımıdır. Atəşkəs haqqında razılaşma əldə edildiyi şəraitdə Azərbaycanın yuxuda olan dinc şəhərinə raket zərbələri endirilməsi artıq müharibə cinayəti deyil, beynəlxalq terrorizm aktıdır. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, o heç zaman əldə olunan razılaşmaya, imzaladığı sənədə əməl etməyib. Nə qədər ki, beynəlxalq içtimaiyyətdə hələ də ikili standartlar davam edir, bəzi ermənipərəst dövlətlər Ermənistanı açıqca dəstəkləyir, bu cinayətlər davam edəcək. Necəki, Azərbaycana qarşı 1990-cı illərdən faktiki olaraq başlayan soyqırım siyasəti bu gün də davam edir.
Dünyanın beynəlxalq hüquqa, xüsusilə humanitar hüquqa, insani dəyərlərə hörmət edən dövlətləri Emənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır. Düşünürəm ki, artıq Ermənistana sərt beynəlxalq təzyiq göstərilməlidir. Beynəlxalq ictimaiyyəti, xüsusilə BMT, ATƏT və diğər beynəlxalq təşkiatları çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa və  bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq.
Millət vəkili bildirdi ki, ölkə qanunvericiliyi, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq bu dəhşətli cinayəti törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların beynəlxalq tribunal qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə edəcək.
Tamam Cəfərova qeyd etdi ki, Prezident İlham Əliyevin hər zaman dediyi kimi, Azərbaycan heç bir vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü qoruyacaq. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!