Mülki Məcəllə dəyişdi

Milli Məclis Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

 

XALQ.AZ  xəbər verir ki, dəyişikliklər haqqında deputatlara  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O, deyib ki, həm “Banklar haqqında”, həm də Mülki Məcəlləyə dəyişikliklər eyni mahiyyətdədir:

“Bu məsələ komitədə müzakirə edilərkən ona əlavə və düzəlişlər təklif olundu. Qeyd edim ki, Maliyyə Bazarına Nəzarət Palatasının mütəxəssislərinin iştirakı ilə bu məsələ geniş müzakirə olunub”.

Daha sonra deputatlar qanun layihəsini qəbul edib.

Oran