Mülki məcəlləyə dəyişiklik təsdiq edildi

81

 

Milli Məclis cümə günü keçirdiyi iclasında Mülki Məcəlləyə dəyişiklikləri təsdiq edib. Trend-in məlumatına görə, dəyişikliklər ləğv edilən hüquqi şəxslərin kreditorlarının bütün tələblərini ödəmək üçün ödəniş qabiliyyətini təsdiq edən rəsmi deklarasiyanın qəsdən qəbuluna görə cərimənin tətbiq edilməsini nəzərdə tutur.

Vəzifəli şəxslər üçün cərimə 1000 manat həcmində müəyyənləşdirilib. Dəyişikliklər, həmçinin hüquqi şəxslərin ləğvi müddətini müəyyənləşdirir ki, bu da maksimum 1 il müddətinə təyin edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, ilk dəfə olaraq hüquqi şəxslərin könüllü ləğvi tətbiq edilib.

Dəyişikliklərə əsasən, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyata alınma müddəti iki günədək azaldılacaq, məhdud öhdəlikli yerli cəmiyyətlərin qeydiyyatı elektron müraciətdən dərhal sonra, adi müraciət halında isə bir gün ərzində aparılacaq.