Müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verildi – FOTO

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə start verilib.

Bu barədə XALQ.AZ-a Təhsil Nazirliyinə istinadən xəbər verir.

Mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər rayon (şəhər) məktəblərində çalışan müəllimlərlə də müsahibələr başlayacaq.

Müddətli müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verilib (FOTO) - Gallery Image
Müddətli müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verilib (FOTO) - Gallery Image

XALQ.AZ