Murad Dadaşovdan prezidentə — TƏŞƏKKÜR

“Xalq artisti” fəxri adına layiq görülən aktyor-şoumen Murad Dadaşov prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

XALQ.AZ  xəbər verir ki, xalq artisti bundan sonra da ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini deyib:

“Məni və əziz həmkarlarımızı, dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyi üçün bu gün inanılmaz qürur hissi keçirir və əziz Prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm.Bu ada layiq ola bilmək üçün bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam. Gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihə və işlərdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həmkarlarıma görə də ikiqat sevinc içində olduğumu bildirir və hamını təbrik edirəm!

Dərin hörmətlə, xalq artisti Murad Dadaşov”.

 

 

Orxan