Murat Boz ilk dəfə ayrılıqdan danışdı

Murat Boz və Aslı Enverin ayrılıq xəbərləri günlərdi gündəmdən düşmür.

XALQ,AZ xəbər verir  ki, Murat ilk dəfə ayrılıq xəbərinə münasibət bildirib. Konsertlərdən birində səhnəyə çıxmazdan əvvəl media nümayəndələrinin qarşısına keçən Boz sualları cavablandırıb.

“Ayrılıqla bağlı xəbərlər doğrudur. Bu haqda ilk və son dəfə danışacam. Aslı mənim üçün çox dəyərli bir insandır. Çox söz deyilir. Bunlar iki insan arasında olan özəl mövzulardır. Belə olması lazım idi və oldu da” deyə, Murat bildirib.

Qeyd edək ki, ayrılığın səbəbi kimi Aslının qısqanclığı göstərilirdi.

 

Elgün