Musa Quliyev: “Hakimləri çox yaxşı tanıyırıq”

“Hakimin uğurlu həyatının əsasında ədalət dayanır. Ədalət olmayanda qanuna hörmət itmiş olur”.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin bugünkü iclasında “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, bu hakimlərin hər biri təqdim olunan vəzifəyə layiqdirlər:

“Hər birinin həyat yolu var. “Qalxın, məhkəmə gəlir” deyəndə insanlar ədalətin ayağına qalxırlar. Bu ədaləti heç zaman ayaq altına atmağa yol vermək olmaz. Hakimləri çox yaxşı tanıyırıq. Onların yüksək keyfiyyətli kadrlar olduqlarına da inanıram. Hər birinə ədalətli fəaliyyət arzulayıram”.