Musa Şəkiliyevin abadlaşdırma planı

14

 

Rayonda abadlıq işləri aparan Musa Şəkiliyev  xərcləri onların üzərinə yıxıb

Qax  rayonunda abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən pul ayrılsa da, icra başçısı bununla kifayətlənmir. Xalq.az-a verilən məlumata görə, hələ bir müddət əvvəl  müəllimlərin və tibb işçilərinin maaşına göz dikən icra başçısı Musa Şəkiliyev , indi də sahibkarlara  qənim kəsilib. Rayondan çatan xəbərlərdə deyilir ki, Musa Şəkiliyev bir neçə gün əvvəl müavinlərindən biri vasitəsi ilə Qaxın  aparıcı sahibkarlarına ismarıc göndərib. Və tələb edib ki, yol və digər tikintilər üçün ayrılmış maliyyə vəsaiti yetərli olmadığından, onlar da kisənin ağzını açmalıdır. Əks təqdirdə, pul verməyən sahibkarlar  qarşıda «qara günlər» gözləyir. Məlumatda qeyd olunur ki, sahibkarlardan tələb olunan məbləğ dəyişkəndir və bu, iş adamlarının maddi imkanlarına uyğunlaşdırılıb. Məsələn, kiçik sahibkarlar üçün 1000-2000 manat nəzərdə tutulubsa, geniş imkanlara malik olanlar üçün bu rəqəm 10-20 min  manata qədər artırılıb. Bildirilir ki, bəzi sahibkarlar  onlardan pul tələb edilməsinə etiraz edirlər.

Hətta bununla bağlı şikayət məktubu hazırlayıb Bakıya göndərəcəklər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.