Müşahidəçinin şikayəti təmin edilmədi

MSK-nın iclasında öz təşəbbüsü ilə respublika ərazisində müşahidəçilik aparmaq üçün qeydiyyatdan keçmiş Cavadzadə Tural Yusif oğlunun şikayətinə baxılıb.

XALQ.AZ xəbər verir ki, MSK üzvü Ramiz İbrahimov Tural Cavadzadə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə 9 saylı məntəqənin yekun protokolunu mübahisələndirib və müvafiq tədbirlər görülməsini xahiş edib:

“Tural Cavadzadə 21 saylı Nəsimi birinci seşki dairəsi üzrə 9 saylı məntəqdə seçki qanunvericiliyinin pozulması hallarını müşahidə etdiyini bildirib. O, aktlar tərtib edib. Aktların surətini bizə təqdim edib. Təqdim olunan aktlar və digər sənədlər şikayətin təmin edilməsi üçün əsaslar yaratmadığından şikayət təmin edilməməlidir”.

MSK şikayətin təmin edilməməsi barədə qərar qəbul edib.