Müşfiq Cəfərovun namizədliyi qeydə alındı

Müşfiq Cəfərovun deputatlığa namizədliyi qeydə alınıb.

XALQ.AZ-ın xəbərinə görə, M.Cəfərov namizədliyini 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə irəli sürüb.

O, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisidir.

Qeyd: Azərbaycanda 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

XALQ.AZ