Müştəriləri aldadan “Baku Electronics” haqqında — İLGİNC FAKTLAR

1598013957 2 1

Azərbaycanda ölkə başçısı tərəfindən vətəndaş məmnunluğunun, operativlik, şəfafflıq, nəzakətlilik prinsiplərinin təmin edilməsi və sahibkarlığın inkişaf etdirilməsi ciddi addımlar atılsa da, hələ də bu sahədə xeyli problemlər qalmaqdadır.

Bu gün ölkədə sahibkarlara, iş adamlarına nə qədər güzəştlər edilib, onların fəaliyyətinə olan əngəllər aradan qaldırılsa da, sahibkarlıq subyektlərinin bəzilərinin vətəndaşlara xidməti sıfır dərəcəsindədir. Belə ki, sahibkarlar öz fəaliyyətlərində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik prinsiplərinə əməl etmək əvəzinə hər addımda bu qaydaları pozmaqla məşğuldurlar.  Xüsusən də xidmət sahəsində, iri ticarət mərkəzlərində, şəbəkə dünkanlarda vətəndaşlara qarşı haqsızlığın, hüquqlarının kobud surətdə pozulduğuna, aldanıldığına şahidlik etməkdəyik. Bəzi işbazlar dəbdəbəli ticarət mərkəzləri açsalar da, ancaq xidmətləri çox aşağı səviyyədədir. Fəaliyyətlərini ancaq müştəriləri müxtəlif yollarla aldatmaq, cəlb etmək üzərində qurublar. Həmin ticarət mərkəzləri keyfiyyətli mallar satmaq əvəzinə, saxta, keyfiyyətsiz mal satmaqla müştəriləri aldadırlar. Bununla da haqlı vətəndaş narazılığı yaratmaqla məşğuldurlar. Müştərilərə aldığı mal xarab olduğu halda geri qaytarılması üçün maksimum 2 həftə vaxt qoyulur. Belə ticarət mərkəzlərində biri də “Baku Electronics” ticarət mərkəzidir. “Baku Electronics”in dəbdəbəli ticarət mərkəzlərinin olmasına baxmayaraq, orada satılan məhsullar heç də keyfiyyətli deyil. Bu ticarət mərkəzi də brend marka adı altında keyfiyyəti standartlara uyğun olmayan məhsulları vətəndaşlara satmaqdadır və bununla bağlı yetərincə faktlar sadalamaq olar. Konkret olaraq bir vətəndaş kimi 2020-ci ilin fevralında “Baku Eletronics”in “Azadlıq” prospekti ilə Naxçıvanı küçəsinin kəsişməsindəki mağazasında “Tefal” generator-ütü aldıq. Ütünü evə apardıqdan sonra xarab olduğunu elə həmin gün müəyyən etdik və geri qaytarıb, bir təsadüfdür deyibən yenisi ilə əvəzlədik. Yeni ütünü götürüb geri döndük. Bu ütünü də cəmi 3 dəfə istifadə etdik. Sonra bu ütünün də əvvəl aldığımız ütü kimi eyni yerdən nasazlığı yarandı. Pandemiya ilə bağlı ölkədə karantin rejimi tətbiq olunduğundan, daha doğrusu mart ayı və Novruz bayramı ərəfəsi olduğu üçün ütünü qaytara bilmədik. Martın sonunda isə iri ticarət mərkəzləri aprelin 20-dək fəaliyyəti dayandırıldı. Aprelin sonunda problemlə bağlı “Baku Electronics”ə müraciət etdik və onlar bizi “Azadlıq” prospekti1 16-da  yerləşən “Baku Servis Company”ə  yönləndirdilər. Bildirdilər ki, 2 həftədən sonra xarab olan malların yenidən təmirinə və geri qaytarılmasına onlar baxır. Biz də məhsulu mayın əvvəlində həmin servis xidmətinə gətirdik. Onlar da öz növbələrində bildirdilər ki, biz ancaq təmirə baxırıq, malın qaytarılmasına isə Əhməd Rəcəbli küçəsində yerləşən ximət mərkəzinə yolladılar. Orada da məsələni izah edib məhsulun geri qaytarılması üçün iki dəfə ərizə yazdıq. May ayından avqust ayınadək dəfələrlə problemin həlli ilə bağlı “Baku Electronics”ə müraciət edib, ərizə yazsaq da, nəticəsi olmayıb. Əvvəl bəhanə gətirdilər ki, bəs geri qaytarma vaxtından keçib. Sonra məhsulun ticarət görkəmi pozulub. İzah edəndə ki, 3 dəfə istifadə edilən məhsulun ticarət görkəmi necə dəyişə bilər?! Bu bahənə də əllərindən alındıqdan sonra indi deyirlər ki, istifadə zamanı gərək qaynar su tökərdiniz. Dedik ki, bizə belə bir şey deyilməyib və təlimatında da belə bir qeyd yoxdur. İndi isə deyirlər ki, əgər qaytarılarsa, müəyyən pul tutulacaq. Deyəndə ki, hansı əsasla pul tutulacaq, bunu da izah edə bilmirlər. Süründüməçilik prosesi hələ də davam etməkdədir. Odur ki, artıq hüquqi müstəvidə addım atmaq niyyətindəyik. Çünki bu müddət ərzində xeyli sayda insanın “Baku Electronics”in fırıldağının “qurbanı” olduğuna şahidi oldum. Bu barədə rəsmi qurumlara müraciət nəzərdə tutulur. Vətəndaş aldığı malın qısa müddətdən sonra xarab olduğu üçün müraciət edəndə, onlar da müştərini servisə yönəltməklə vəziyyətdən çıxırlar. Orada da vəziyyət heç ürəkaçan deyil. Ən ciddi problemlərlə müştəri elə oradaca üz-üzə qalır. Bir çox hallarda vətəndaş aldığı məhsulu təmir etdirməkdən yenisini almağı daha üstün tutur. Çünki insanlaırn çoxu  istehlakçı və müştəri hüququndan xəbərsizdir.  “Baku Electroncs” rəhbərliyi də bunu yaxşı bildiyindən müştəriləri istədiyi kimi aldada bilir və ya başlaırndan edirlər. Məhsul satılıb, xarab olsa da,  geriyə qayıdışı mümkün deyil. Hansı ki, biz beynəlxalq prkatikadan bilirik ki, bir məhsulda eyni deffektlər olduğu halda həmin məhsul ya satışdan çıxarılır, yaxud da müştəriyə dəyən ziyan mal geri qaytarılmaqla  ödənilir. Amma Azərbaycanda sahibkarlar bu qaydalara riayət etmir. 

Ölkə başçısı sahibkarlara şərait yaradır ki, vətəndaşlara yaxşı xidmət etsinlər. Amma bax belə sahibkarlar müştəri məmnunluğu yaratmaq əvəzinə, narazıçılıq yaratmaqla, nəticə etibarı ilə vətəndaşları ölkə rəhbərindən narazı salırlar. Bu işbazların əsas fəaliyyəti hansı yolla olur-olsun pul qazanmaq və varlanmaqdır. Hansı ki, özünün imicini qorumaq istəyən, hörmət edən iri ticarət mərkəzi bu cür vətəndaşa xarab, keyfiyyətsiz məhsul satmaz! Xarab məhsuluna da sahib çıxmalıdır. Amma bu prinsiplərin heç birinə əməl olunmur. Digər bir fakta müraciət edim. Yaxın dostum və “Yeniçağ”mediaqrupunun rəhbəri Aqil Ələsgər də “Baku Electronics” fırıldağının qrubanı olub. Mağaza onun aldığı malı günlərlə gecikdirib. Artıq səbrləri dözə bilməyən Aqil Ələsgər avqustun 13-də məsələni sosial media vasitəsi ilə ictimailəşdirmək məcburiyyətində qalıb. Bu barədə öz facebook səhifəsində “Baku Elektronics”in fırıldağının qurbanı olduğunu belə ifadə edib:

“Bir həftə öncə nağd və kreditlə aldığımız, iki gün ərzində gələcəyinə söz verdiyiniz, yay üçün vacib tələbat olmayan mallarımızı nə zaman gətirəcəksiniz? Üç gündür zəng etmədiyim qaynar xəttiniz qalmayıb və bu gün 143 xidmətiniz dedi ki, anbardan malınız çıxıb, maşındadır. Mənim malımı nə üçün sizin şoferlər maşınlarında Bakının sınıq-salxaq yollarında gəzdirməlidir? Sən özünü brend sayırsan, ancaq bu xidmətinlə özünü yalançı tacir kimi aparırsan. Küçədə beş manata “original” ətir satan çinli satıcılar belə ən azından malı sənə verir. Ancaq sən halal pulumuzla aldığımız məhsulu düz bir həftədir ki, gətirib çıxarmırsan. Heç utanırsan? Özünüzü şirkət adlandıra bilərsiniz, ancaq iki gün ərzində çatdıracağınızı söz verdiyiniz malı (təkrar edirəm ki, yayda tələbat çox olan mal olarsa, anlayışla qarşılayaram) 7 gün ərzində çatdıra bilmirsənsə, daimi müştəriniz olaraq, sizdən imtinanın vaxtının çatdığını düşünürəm…” Aqil Ələsgər avqustun 14-də statusunda isə rəsmi şikayət etsə də, onun müraciətinə baxan olmayıb. Heç telefonu qaldırıb, onu eşidən olmayıb. Könül Ayxan adlı sosial şəbəkə istifadəçisi də “Baku Electronics”in xidmətinin yartımaz olduğunda şikayətlənərək qeyd edib ki, nağd telefon alsa da, düz bir həftə incidilib:

“Mən də nəğd telefon aldım, amma bir həftə incitdilər.Müştəri çoxdur, anbardan hələ gətirilməyib, kuryer ərazidədir yəqin bu gün gələr kimi sözlərlə incitdilər.Hələ nəğd pul verirəm belə edirlər. Üstündən bir həftə keçməmiş həmin telefon qurban bayramına görə endirimlə satılanda bir daha udar aldım bunlardan”. Bax “Baku Electronics” vətəndaşlara bu cür “xidmət” edir. Nəticə etibarı ilə insanları ölkə başçısının müştəri və vətəndaş məmnunluğu yaradılması istiqamətində yürütdüyü siyasətdən narazı salırlar. “Baku Electronics” bu yarıtmaz fəaliyyətinın “qurbanı” olan şəxslərin imzası ilə İqtisadiyyat Nazirilyinin Vergi Xidmətinə, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi şikayət məktub hazırlanaraq göndəriləcək.