Mustafa Şəntop Sahibə Qafarovaya zəng etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin (MM) Sədri Sahibə Qafarovaya telefonla zəng edib. 

XALQ.AZ məlumat verir ki, bu barədə spiker Sahibə Qafarova öz “Twitter” səhifəsində məlumat verib.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop həm öz adından, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adından Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 may – Respublika günü münasibəti ilə təbrik edib.

Milli Məclisin Sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.