Müxalifət yalnız mətbuatda fəaliyyət göstərir

85

 

 

“Siyasi gündəmdə ciddi durğunluq hiss olunmur. Adətən seçkidən sonra belə olur. Enerjinin böyük hissəsi seçki prosesləri dövründə gedir”. Xalq.az -ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov ölkə siyasi gündəmində yaşanan durğunluğu şərh edərkən deyib.

YAP rəsmisi vurğulayıb ki, hakim partiya qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşır.

S.Novruzov müxalifət partiyaların fəaliyyətinə də qiymət verib: “Onlar onsuz da ancaq mətbuatda fəaliyyət göstərir. Onların başqa fəaliyyətlərini görmürük. O baxımdan mətbuatda mövzu olanda o partiyalar üzə çıxır, mövzu olmayanda da çıxmırlar. Müxalifət düşərgəsi də elə ancaq qəzet səhifələrində fəaliyyət göstərirlər, başqa fəaliyyətləri yoxdur”.Azvision.az