Müxtəlif ölkələrdə karantin rejimi-ARAŞDIRMA

Dünya boyu paytaxtların və iri şəhərlərin əksəriyyəti koronavirus epidemiyasının yayılması ilə bağlı karantin müddətinə bağlanıb. Bu epidemiyaya müxtəlif dərəcədə 172 ölkə məruz qalıb.

Bəzi yerlərdə karantin qısa və hətta daha uzun müddət ərzində qüvvədə olub.

XALQ.AZ-ın sosial şəbəkələrdə araşdırmalarını müxtəlif ölkələrdə və şəhərlərdə tətbiq olunan karantin rejimi barədə oxucularımıza məlumatları təqdim edir. Estoniya ve Latviyada karantin yoxdur yalnız yuksək yoluxma olan ölkələrdən gələn insanlar ölkəyə daxil olduqda 14 gün karantində qalmasını tələb olunur. Fransada karantin 16 mart-16 iyun tarixləri arasında oldu. Amma masks taxmaq məcburidir. Çexiyada karantin yoxdur,sadəcə metroda maska taxılması vacibdir. Rusiyada karantin müddəti bitib , həmçinin Türkiyə karantin müddəti bitmiş hesab olunur, sadəcə qapalı yerlərdə maska taxılması vacibdir.İsveçdə karanyin yoxdur həyat öx axarı ilə davam edir,həmçinin Polşada karantin bitdiyi qeyd olunur.

Qətərdə həyat öz axarı ilə davam edir. Dünyada Covid-19 virusundan ölənlərin sayı ən çox olan ABŞ-da karantin yoxdur və həyat öz axarı ilə davam edir. Almaniya karantin yoxdur qapalı yerlərdə maska taxılması məcburidir. Belarusyada karantin yoxdur, ölkədə ciddi narazılıqlar var. Belçikada karantin gecə 1-dən sonra tətbiq olunur,qapalı yerlərdə maska taxılamsı məcburidir.

Azərbaycanda xüsusi karantin rejimi operativ gərargahın məlumatına görə 31 avqust tarixinədək davam edəcək. Ölkədə karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş gəliş dayandırılıb. Paytaxtda metro işləmir. Bu müddət arzində bəzi yumşalmalar oldu və bəzi insanlar iş fəaliyyətini bərpa etdilər. Ölkə başçısının göstərişi ilə işsiz insanlara birdəfəlik 190 manat 3 ay yardım olundu. Sahibkarlara dövlət dəstəyi göstərildi. Dövlət tərəfindən həmçinin Heydər Əliyev Fondu və ayrı-ayrı özəl təşkilatlar aztəminatlı ailələrə, tənha insanlara mütəmadi ərzaq yardımı göstərildi və bu işlər davam etdirilir. Bu gün dövlət Covid19 virusu ilə mübarizədə bütün lazımi tədbirləri həyata keçirir,lakin virusa yoluxma artım tempi yenidən davam edir.