Muxtar Babayev qəbul keçirib

Ekologiya və təbii sərvətlər naziri Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib.

XALQ.AZ xəbər verir ki,  Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbuldan əvvəl nazir Muxtar Babayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə Nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Orxan


Comments are closed.