Məşhur Məmmədov şəhid ailələrini ziyarət etdi

Masallı rayon Təzə Alvadı kəndindən II Qarabağ müharibəsi şəhidi Səlimov Sənan Nasif oğlunun və Yenizuvand kəndində Vətən müharibəsi şəhidi Nüsrətbəyli Ülvi Arif oğlunun, Ərəb kəndində şəhid Qasımov Cəbrayıl Baloğlan oğlunun və rayonun Banbaşı kəndində şəhid Akifzadə Elmir Gündüz oğlunun il mərasimləri keçirilib.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Məşhur Məmmədov şəhid ailələrini ziyarət edib.

Masallı Şəhidlərinə həsr olunan “Şəhidlik Manifesti” kitabını ailəyə hədiyyə edilib.

Deputat görüşdə şəhid ailəsinə əsgər və zabitlərimizin qəhrəmanlıqlarının xalqımız və dövlətimiz üçün nə qədər önəmli olduğunu qeyd edib. İndidən sonra 100 il də keçsə onlar daim bu xalqın qəhrəmanları olaraq anılacaqlar deyə millət vəkili bildirib.